Logo

Bakı Slavyan Universitetinin müəllimləri yubileyləri münasibətilə mükafatlandırılıblar

16.07.2021 15:08 659 baxış
IMG

İyulun 16-da Bakı Slavyan Universitetinin (BSU) rektoru səlahiyyətlərini icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev Pedaqoji fakültənin Praktik rus dili və onun tədrisi metodikası kafedrasının dosenti Mehri Axundovanı 75 yaşının tamam olması, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının baş müəllimi,Birinci Qarabağ müharibəsi veteranı Babaşah Babayevi 70 yaşının tamam olması münasibətilə qəbul edib.

 

Səmimi və mehriban keçən görüşdə BSU-nun rektoru səlahiyyətlərini icra edən Anar Nağıyev universitetin kollektivi adından dosent Mehri Axundovanı və baş müəllim Babaşah Babayevi əlamətdar yubileyləri münasibətilə təbrik edib,möhkəm cansağlığı,uzun ömür,yeni-yeni nailiyyətlər arzulayıb, uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətlərinə, gənc nəslin təlim-tərbiyəsində göstərdikləri xidmətlərə görə  Təşəkkürnaməni onlara təqdim edib.Anar Nağıyev onların böyük iş təcrübəsinin cəmiyyətdə  geniş təbliğ edilməsinin vacibliyini vurğulayıb.


 Dosent Mehri Axundova və baş müəllim Babaşah Babayev göstərilən diqqətə görə BSU-nun rəhbərliyinə təşəkkür edərək bundan sonra da əzmlə fəaliyyət göstərəcəklərini bildiriblər.
                                                            

Xəbər lenti