Logo

ADPU-nun rektor köməkçisi Riyad Rüstəmli ATİAHİ-nin "Yubiley döş nişanı" ilə təltif edilib

16.07.2021 14:49 1012 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektor köməkçisi Riyad Rüstəmli Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illiyi münasibətilə həmkarlar ittifaqı hərəkatındakı xidmətlərinə görə ATİAHİ Respublika Komitəsinin qərarı və sədr Səttar Möhbalıyevin müvafiq əmri ilə  "Yubiley döş nişanı" ilə təltif edilib.


Mükafatı R.Rüstəmliyə ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev təqdim edib.


Qeyd edək ki, R. Rüstəmli 2016-cı ildən etibarən ADPU-nun rektorunun köməkçisidir. O, həm də YAP Səbail rayon gənclər birliyinin sədridir.


Aşağıdakı linkə daxil olaraq R.Rüstəmli haqqında ətraflı məlumatla tanış ola bilərsiniz:


https://adpu.edu.az/az/universitet/idar-etm/rektorl/rektorun-koemaekdzhisi

Xəbər lenti