Logo

Meşələrin mühafizəsi mövzusunda ADA Universitetində müzakirələr keçiriləcək

15.07.2021 16:37 390 baxış
IMG

 

Son zamanlar Azərbaycanın müxtəlif bölgələrində meşə ərazilərinin məhvi ilə bağlı müxtəlif fakt və görüntülər yayılır.

 

Tehsil.biz məlumat verir ki,  mövzu ətrafında fikir mübadiləsi aparmaq, ictimaiyyəti narahat edən suallara cavab tapmaq və problemin birgə həll yollarını müzakirə etmək üçün 15 iyul tarixində, saat 16:00-da Dayanıqlı Azərbaycan Naminə Milli Alyansın təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayənədləri və ətraf mühitə biganə olmayan fəalların iştirakı ilə ADA Universitetində “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda debatlar keçiriləcək.

 

Tədbirdə qatılmaq istəyənlər aşağıdakı linkə daxil olaraq iştirak üçün formanı doldura bilər: https://docs.google.com/forms/d/e/1FAIpQLSdejjwyZ0bTCxvDMG7Srd5NM9shbeLd2N3R0PBS0M-Ayk10YQ/viewform

 

Pandemiya şəraitinə görə birbaşa iştirakçıların sayı məhdud olacaqdır. Bu xüsusda, debatları canlı izləmək və iştirakçılara suallar ünvanlamaq üçün tədbirə danma.azerbaijan Facebook səhifəsində qoşulmaq da mümkün olacaq.

Xəbər lenti