Logo

“Virtual məktəb” portalı üzərindən məktəbdənkənar fəaliyyət çərçivəsində tədrisə başlanılıb

03.11.2020 10:30 455 baxış
IMG

Məktəbdənkənar fəaliyyət çərçivəsində “Virtual məktəb” portalı üzərindən ilkin olaraq şahmat, dama, rəsm, rəqs, bacarıqlı əllər, teatr, intellekt və modelləşdirmə istiqamətləri üzrə tədrisin təşkilinə start verilib.

 

Təhsil Nazirliyindən Tehsil.biz-ə  bildirilib ki, bununla əlaqədar, nazirliyin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin 25 dərnək rəhbəri və 10 məşqçi-müəlliminə müvafiq təlimlər keçirilib, portaldan istifadə üçün imkan yaradılıb.

 

Qeyd edək ki, yaxın günlərdə uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə sözügedən portalda əlavə olaraq müxtəlif istiqamətlərdə dərnək və qrupların fəaliyyətinin təmin olunması nəzərdə tutulur.

 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramı çərçivəsində həftədə 2 dəfə məktəbdənkənar fəaliyyətlə bağlı teledərslər yayımlanır. Futbol və futzal idman növləri üzrə çəkilmiş ustad dərslərinin bu həftədən etibarən həmin kanalda yayımı təmin ediləcək.

Xəbər lenti