Logo

Rəqəmsal çap sistemlərində yeniliklərlə bağlı elmi seminar keçirildi

15.07.2021 10:21 328 baxış
IMG

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında əməkdaş Xanımqız Ağabalayevanın “Rəqəmsal çap sistemlərində yeniliklər” mövzusunda məruzəsi dinlənilib.

 

Tehsil.biz xəbər verir ki, məruzəçi çap maşınlarının inkişaf tarixi haqqında danışıb. Qeyd edib ki, hazırda istifadə olunan rəqəmsal çap maşınları 1991-ci ildə Kaliforniyada “Nash Edition” tərəfindən işlənib-hazırlanıb. Rəqəmsal çap ənənəvi çap üsulları ilə müqayisədə kiçik həcmli tirajlar üçün daha səmərəlidir.

 

O, tekstil sahəsində bir nömrəli ekoloji risk faktorunun suyun çirklənməsi olduğunu deyib. Bildirib ki, ənənəvi tekstil emalı Yer üzünün qiymətli su mənbələrinin 20 faizini çirkləndirir. Sənayenin rəqəmsal çapa yönəlməsi ətraf mühitə təsirin azalmasına imkan yaradır.

 

“Rəqəmsal texnologiyalar ənənəvi tekstil çap zamanı çox enerji istifadə edir”, - deyən tədqiqatçı Yer kürəsində zəhərli karbon qazının yaranmasının 10 faizinin moda sənayesi istehsalının payına düşdüyünü diqqətə çatdırıb. Qeyd edib ki, təmiz, səmərəli tekstil istehsalına keçməklə iqlim dəyişikliyini azaltmaq olar.

Xəbər lenti