Logo

“Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mini futbol turniri”nə start verilib

13.07.2021 15:27 690 baxış
IMG

AFFA-nın maliyyə dəstəyi, “Sirius” Futbol Akademiyasının təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mini futbol turniri” layihəsinin açılış mərasimi keçirilib.

 

Tədbirdə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, Sosial Xidmətlər Agentliyinin Müəssisələrlə iş departamentinin müdiri Sara Ağayeva, millət vəkilləri Müşfiq Cəfərov, Pərvin Kərimzadə, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva, Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev iştirak edib.


Qeyd edək ki, turnirdə 8 komanda iştirak edir. Reqlamentə əsasən, turnir ¼ final, yarımfinal və final mərhələlərindən ibarət olacaq. Turnirin iştirakçılarına sertifikat, medal, qaliblərinə isə kubok və iştirakçıların sağlamlıq durumların yaxşılaşdırılması məqsədilə reabilitasiya üçün pul mükafatı təqdim ediləcək.

Xəbər lenti