Logo

Finlandiyada yaşayan azərbaycanlı gənclərin təhsil uğuru

09.07.2021 16:31 510 baxış
IMG

Finlandiyada fəaliyyət göstərən diasporumuzun iki gənc üzvü təhsil sahəsində böyük uğura nail olub.

 

Tehsil.biz xəbər verir ki, Finlandiya Azərbaycanlıları Assosiasiyasının üzvləri Nadin Degheidy və Həsən Əliyev yüksək balla ali məktəbə daxil olublar. Nadin Lapland Univerisitetinin hüquq fakultəsində, Həsən isə Turku Universitetinin Dövlət idarəçiliyi fakultəsində təhsillərini davam etdirəcəklər.


Qeyd edək ki, Nadin Degheidy Helsinki Kulossari ingilis liseyini bitirib. Həsən isə ikinci ali təhsilini alacaq. Bundan öncə o, Tibb Universitetinin stomatologiya fakultəsini bitirib.


Hər iki gəncin valideynləri Azərbaycan diasporunun fəal üzvləridir. Nadinin anası Leyli Hüseynova Helsinki Milli Opera və Balet Teatrında konsertmeyster, Həsənin anası, ixtisasca kardioloq olan Sevda Əliyeva isə Finlandiyadakı Hüvinka şəhər xəstəxanasında baş həkimin müavini vəzifəsində çalışır.


Diasporla İş üzrə Dövlət Komitəsi bu münasibətlə hər iki gənci və valideynlərini təbrik edir və onlara təhsildə uğurlar arzulayır.

Xəbər lenti