Logo

"Peşə təmayüllü siniflərin təşkili" layihəsinin əhatə dairəsi genişləndirilir

09.07.2021 11:07 503 baxış
IMG

"2019-2020-ci tədris ilindən icra olunan "Peşə təmayüllü siniflərin təşkili" layihəsinin əhatə dairəsi genişləndirilir".

 

Tehsil.biz xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bildirib 

 

Onun sözlərinə görə, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin təşkilində məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. 

 

"Növbəti tədris ilində peşə təmayüllü siniflərin sayı paytaxt və bölgələri əhatə etməklə 80 məktəbdə 124-ə çatdırılacaq. Yeni siniflərin açılması ilə layihə minimum 2200 şagirdi əhatə edəcək" -deyə nazir qeyd edib.

Xəbər lenti