"Təhsil Nazirliyi tərəfindən ilk dəfə olaraq 2020-2021-ci tədris ilində ödənişsiz və könüllü əsaslarla təşkil edilmiş "Yay məktəbi" layihəsi artıq yekunlaşıb".
Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə, pandemiya şəraiti ilə əlaqədar olaraq şagirdlərə bilik və bacarıqların mənimsənilməsində məsafədən təhsilin yaratdığı çətinliklərin həllinə dəstək göstərilməsi məqsədilə keçirilən “Yay məktəb”ləri ictimaiyyət tərəfindən də müsbət qarşılandı.
""Yay məktəbi"ndə ümumilikdə ölkə üzrə 3136 məktəb, 274 742 nəfər şagird, 59 420 nəfər müəllim iştirak edib. Bu təşəbbüsdə fəallıq göstərən bütün təhsil işçilərinə bir daha təşəkkür edirəm" -deyə nazir qeyd edib.