Logo

Koronavirusun “Delta” və “Delta plus” ştammı nədir?

08.07.2021 13:49 959 baxış
IMG

Koronavirus pandemiyası ilə mübarizənin ilk günlərindən başlayaraq ən böyük problemlərdən biri də mutasiyaya uğrayan yeni ştamların əmələ gəlməsidir. Son qeyd olunan ştamm isə Delta ştammıdır.

 

Delta ştammı (B.1.617.2) ilk dəfə 2020-ci ilin oktyabr ayında Hindistanın Nagpur kəndində qeydə alınıb. Qısa müddət ərzində Braziliya və Cənubi Afrika ştammından daha təhlükəli olduğu sübut edilib. Əgər koronavirusun ilk ştammında bir nəfər üç nəfəri, İngiltərədə aşkarlanan Alfa (Kent) ştammında dörd nəfəri yoluxdura bilirdisə, Delta ştammını daşıyan bir nəfərin isə 6 nəfəri yoluxdura bildiyi məlumdur. Bu ştamm mutasiyaya uğramış digər ştamlardan virulentliyinin daha yüksək olması ilə seçilir (%60).

 

COVİD-19 virusunun digər ştamlarında əsas əlamət yüksək temperatur, davamlı öskürək, dad və ya qoxu hissinin itməsidirsə, Delta ştammında başağrısı, burun axıntısı və boğaz ağrısından şikayətlər daha çox olur. Qeyd olunan bu şikayətlər soyuqdəymə əlamətləri ilə eyni olduğu üçün insanlar COVİD-19 virusundan şübhələnməyib, daha çox insanın yoluxmasına səbəb ola bilərlər. Ona görə bu kimi şikayətləri olan hər kəs həkim müayinəsindən keçməlidir. Eyni zamanda mədə ağrısı və ishal kimi fərqli simptomlar da qeyd oluna bilər.

 

ÜST, Delta ştammının artıq 96 ölkədə qeydə alındığını bilidirir. Delta ştammının bir alt tipi olan Delta plus (B.617.2.1) isə ilk dəfə 11 iyun tarixində aşkarlanıb. Artıq 11 ölkədə yoluxma faktları qeyd olunub.

 

Hal-hazırda dünyada və ölkəmizdə istifadə olunan hər bir vaksin mutasiyaya uğramış yeni ştamlara qarşı effektlidir. Vaksinlər xəstəliyin yüngül keçirilməsi və ölüm riskinin azaldılması baxımından da təsirlidirlər.
Bütün bunları nəzərə alaraq, bər bir vətəndaş vaksinasiya olunmalı və qorunma tədbirlərinə ciddi riayət etməlidir.

Xəbər lenti