Logo

Ölümün nə vaxt gələcəyini hesablayan kalkulyator hazırlanıb

08.07.2021 09:20 613 baxış
IMG

Yaşlı insanların daim dəyişən ehtiyaclarını analiz edən və ömrünün nə vaxt bitəcəyini təxmin edə bilən xüsusi kalkulyator hazırlanıb.

 

News.ru-nun məlumatına görə, kanadalı alimlərin bununla bağlı tədqiqatları “Canadian Medical Association Journal”da dərc olunub.

 

“Əcəl kalkulyatoru”na RESPECT (Dəstək üçün Riskin Qiymətləndirilməsi: Toplumda Yaşlılar üçün Proqnozlar) adı verilib. Bu cihaz təxminən altı ay öncə ölümü proqnozlaşdırır.

 

Sözügedən kalkulyartor altı il ərzində evdə qulluq xidmətlərindən istifadə edən 491 min nəfərdə sınaqdan keçirilib.

 

Tədqiqatçıların fikrincə RESPECT ailələrə və onların yaxınlarına planlaşdırma imkanı verir. Məsələn, uşaqların valideynləri ilə birlikdə vaxt keçirməsi üçün nə vaxt məzuniyyət götürəcəyini planlaşdırmağa kömək edə bilər.

 

Kanadalı alimlərin fikrincə, qaçılmaz ölüm insanın gündəlik fəaliyyətlərini - gigiyenaya riayət etmək, tualetdən istifadə etmək və gəzmək qabiliyyətinin azalması kimi amillərlə işarə olunur. Xroniki xəstəliklər belə, bu baxımdan o qədər də vacib deyil.

Xəbər lenti