Logo

Sumqayıt Dövlət Universiteti yataqxana binasının təmirinə başlayacaq

30.10.2020 16:22 1072 baxış
IMG

Sumqayıt Dövlət Universiteti 1 saylı yataqxana binasının əsaslı təmiri işlərinə start verəcək.

 

Tehsil.biz-in dövlət elektron satınalmaları portalından əldə etdiyi məlumata əsasən, artıq bu işlərin həyata keçirilməsi üçün “Yeni Memar” MMC ilə müqavilə bağlanıb.

 

Təmir işlərinin həyata keçirilməsi üzrə şirkətə 1 milyon 818,5 min manat həcmində ödəniş ediləcək. Təmir ediləcək üç mərtəbəli tələbə yataqxanasında bir ədəd mətbəx, idman zalı, mini futbol meydançası, voleybol meydançası, bir ədəd gözətçi otağı var.

 

Qeyd edək ki, “Yeni Memar” MMC 1997-ci ildən fəaliyyət göstərən inşaat və dizayn şirkətidir.

Xəbər lenti