Logo

Bakıda 14 yaşlı məktəblini avtomobil vurdu

07.07.2021 10:14 756 baxış
IMG

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

 

Rayonun Xocahəsən qəsəbəsinə yolu keçən 2007-ci il təvəllüdlü Rəhimov Süleyman Sahib oğlunu minik avtomobili vurub.

 

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin çoxsaylı sıyrılmış yaraları diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər lenti