Logo

Azərbaycanda müəllimə intihar etdi

05.07.2021 23:53 2276 baxış
IMG

Qəbələ rayonunda intihar hadisəsi baş verib.

 

Tehsil.biz APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə bu gün rayonun Nohurqışlaq kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Mirzəliyeva Ədalət Səmit qızı yaşadığı evin həyətində özünü kəndirlə asaraq intihar edib.

 

Nohurqışlaq kənd tam orta məktəbində kimya müəllimi işləyən Ədalət Mirzəliyevanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

 

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Xəbər lenti