Logo

“Bacarıqlı ol" usta yanında öyrənmə proqramı çərçivəsində icra edilən “Satıcı-kassir” təlimləri başa çatıb

05.07.2021 11:23 469 baxış
IMG

Ötən həftə "Bacarıqlı ol" usta yanında öyrənmə proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Bazarstore” supermarketlər şəbəkəsi ilə birlikdə icra edilən “Satıcı-kassir” ixtisası üzrə həyata keçirilən təlim iştirakçıları ilə görüş keçirilib.

 

Tehsil biz xəbər verir ki, görüşdə təlim məzunları, layihəyə cəlb olunmuş peşə təhsili müəssisələrinin müəllimləri, “Bazarstore” MMC-nin işə qəbul üzrə bölmə rəhbəri Ülvi Gülüşov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili siyasəti və məzmunu şöbəsinin müdiri Zaur Əliyev və "Bacarıqlı ol" usta yanında öyrənmə proqramının layihə rəhbəri Çinarə Quliyeva iştirak edib.

 

Təlimin bütün iştirakçılarına sertifikatlar təqdim olunub. Daha sonra, keçirilmiş qiymətləndirmənin nəticəsi olaraq, ən yüksək bal toplamış beş məzuna “Bazarstore” MMC tərəfindən mükafatlar verilib.

 

Görüş zamanı təlim məzunlarına “Bazarstore” MMC-nin mağazalar şəbəkəsində işləmək üçün işə qəbul üzrə müraciət anketlərini doldurmaq imkanı yaradılıb. Hal-hazırda “Bazarstore” MMC tərəfindən işə qəbul anketlərin təhlili və müsahibələrin aparılması həyata keçirilməkdədir.

 

Qeyd edək ki, 12 həftə davam edəm təlim müddətində iştirakçılar nəzəri biliklər və praktiki məşğələlər vasitəsi ilə real iş mühitində sözü gedən ixtisas üzrə bacarıq və səriştələrə yiyələniblər.

Xəbər lenti