Logo

Aprel döyüşlərinin iştirakçısı PUA hazırlayır - VİDEO

04.07.2021 14:50 871 baxış
IMG

Azərbaycanlı gənc yeni Pilotsuz Uçuş Aparatının (PUA) layihəsini hazırlayıb.

 

Xezerxeber.az-ın məlumatına görə, Aprel döyüşlərinin iştirakçısı 26 yaşlı Nadir Babaxanov deyir ki, dronlara marağı həmin zaman yaranıb.

 

O, bir müddət araşdırma apardıqdan sonra pilotsuz uçuş aparatının layihəsini hazırlmaq qərarına gəlib. Nadir Babaxanov vurğulayıb ki, yeni aparatın əsas özəlliklərindən biri də bir neçə xüsusiyyəti özündə birləşdirməsi olacaq.

 

Nadir Babaxanov bildirib ki, dronun hissələri hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında hazırlanır. Onun sözlərinə görə, PUA tam Azərbyacan istehsalı olacaq.

 

Pilotsuz uçuş aparatının bəzi hissələri artıq hazırlanıb.

 

Nadir Babaxanov qeyd edib ki, yaxın 3 ay ərzində sınaq uçuşlarına başlanacaq. Dron 5 min metr məsafəyə qədər uçma imkanına malik olacaq.Dron vasitəsi ilə düşmənin dəqiq koordinatlarını tapmaq mümkün olacaq. "GÖZ-N1" PUA müşahidə, foto və video çəkiliş kamerası, gecəgörmə və termal kameralarla təchiz olunacaq.

 

https://youtu.be/wSsw8Dcv8RU

Xəbər lenti