Logo

Birinci sinif üzrə də "Virtual Məktəb"də qeydiyyata başlanılıb

28.10.2020 19:08 465 baxış
IMG

"Məktəbəhazırlıq qrupları üçün onlayn təhsil bir qədər çətin olsa da, artıq onların da "Virtual Məktəb"də qeydiyyatdan keçməsi mümkündür".

 

2020-2021-ci tədris ili üzrə 1-ci sinifə qəbul olmuş şagirdlərin "Virtual Məktəb"də qeydiyyatı artıq mümkündür. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Təhsil Nazirliyi yanında Təhsilin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova məlumat verib.

 

O, bildirib ki, məktəbəhazırlıq qrupları və 1-ci sinif üzrə "Virtual Məktəb"də qeydiyyata artıq başlanılıb: "Məktəbəhazırlıq qrupları üçün onlayn təhsil bir qədər çətin olsa da, artıq onların da "Virtual Məktəb"də qeydiyyatdan keçməsi mümkündür. Eyni zamanda 1-ci sinif üzrə "Virtual Məktəb"də qeydiyyata artıq başlanılıb".

 

Nəcəfova onu da qeyd edib ki, noyabrın 2-dək "Virtual Məktəb" sistemi yenilənir.

Xəbər lenti