Logo

Bu planetdə yaşayış varmı? - Alimlərin cavabı

01.07.2021 14:42 342 baxış
IMG

Ötən ilin sentyabrında Yerə ən yaxın planet olan Venerada fosfin qazının tapılması elm adamları arasında fikirlərin haçalanmasına səbəb olub.

 

Bəzi alimlər Venerada tapılan fosfin qazının quru hava yaratdığı və həyatı mümkünsüz etdiyi, bəziləri isə bunun həyat əlaməti ola biləcəyini söyləyir.

 

Tədqiqatçılar kosmik zondların topladığı məlumatları dəyərləndiriblər. Buludların daha çox kükürd turşusu və çox az miqdarda sudan ibarət olduğunu bildiriblər. Tədqiqatçılar Venerada hətta ekstremofilin (çox ağır şərtlərdə yaşayan mikroblar) belə yaşaya bilməyəcəyi qənaətinə gəliblər.

 

İrlandiyalı professor Con Hollsvorts da hesab edir ki, Veneradakı su molekullarının təsirli konsentrasiyası Yer üzündə ən davamlı mikroorqanizm üçün tələb olunan səviyyədən 100 dəfə aşağıdır.

 

Qeyd edək ki, fosfin qazının aşkar olunduğu vaxt (2020-ci ilin sentyabr ayı) Kardif Universitetinin professoru Ceyn Qrivsin rəhbərliyi altında bir qrup elm adamı Venerada yaşayışın olduğunu gündəmə gətirmişdi. //Axar.az

Xəbər lenti