Logo

Oğuz məktəbliləri Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar

01.07.2021 14:22 538 baxış
IMG

Oğuz rayonunun məktəbliləri Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna səfər edib, ərazidə yerləşən Arxeoloji Mərkəzlə tanış olublar.

 

Bu barədə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.

 

Məktəblilər Qoruğun tarixi məkanlarından Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə yaxından tanış olublar. Onlara burada aparılmış arxeoloji qazıntılar, aşkar olunan tarixi əhəmiyyət kəsb edən tapıntılar barədə ətraflı məlumat verilib.

 

Sonra məktəblilər Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonlarında nümayiş etdirilən tarixi eksponatlarla, Qəbələnin tarixi, etnoqrafiyası və folkloruna aid kitablar toplusu ilə, həmçinin 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar yaradılmış dahi şairin həyat və yaradıcılığına aid kitablardan, dövri mətbuatda dərc edilmiş məqalələrdən ibarət guşə ilə tanış olublar.

 

Azərtac

Xəbər lenti