Logo

Qısamüddətli təlimlər çərçivəsində keçirilən İnformasiya Texnologiyaları üzrə Texniki Dəstək təlimi başa çatıb

29.06.2021 17:55 545 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə qısamüddətli təlimlər çərçivəsində həyata keçirilən İnformasiya Texnologiyaları üzrə Texniki Dəstək Təlimi başa çatıb. Bununla əlaqədar 24 iyun tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təlimi bitirən şəxslər sertifikatla təltif edilib. İki ay davam edən təlimdə tələbələr kompüterdə yaranan texniki, proqram təminatı, əməliyyat sistemləri, şəbəkə ilə bağlı nasazlıqları təyin etmək və onları aradan qaldırmaq üçün zəruri bilik və bacarıqlara yiyələniblər.

       

Xatırladaq ki, 2021-ci ilin mart ayından etibarən peşə təhsili müəssisələrinin nəzdində müvafiq ixtisaslar üzrə əyani və distant formatda qısamüddətli təlimlər həyata keçirilməkdədir. Bu vaxtadək təlimlərə 3000-dən çox şəxs müraciət edib və 360 nəfər seçilərək təlimlərə cəlb edilib.  Təlimlərin keçirilməsində əsas məqsəd qısa müddət ərzində əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlığını təmin etməkdir.

       

Layihə çərçivəsində təlimlərin təşkili zamanı qısa müddət ərzində əldə ediləcək bilik və bacarıqlar sayəsində alternativ iş imkanları yaradan sahələrə üstünlük verilir. Təlimlər əsasən İKT sahəsi üzrə (İT Texniki Dəstək, Sistem və Şəbəkə İnzibatçılığı, Proqramlaşdırmanın əsasları, Java Proqramlaşdırması), həmçinin maliyyə (Mühasibat uçotu və 1C, Vergi uçotu, Gənc Maliyyəçi Proqramı), logistika (Avtoyükləyici Operator), müştəri xidmətləri (Əlaqə Mərkəzi Təmsilçisi) və bu kimi digər sahələri də əhatə edir.

     

İl ərzində əmək bazarının dəyişən ehtiyaclarını nəzərə alaraq, bir sıra yeni qısamüddətli təlimlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda uzunmüddətli perspektivdə peşə təhsil müəssisələri tərəfindən bu tipli təlimlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.

Xəbər lenti