“Yay məktəbi”ndə “Məktəblinin dostu” layihəsi çərçivəsində breyn-rinq intellektual bilik yarışı keçirilib.
Tehsil.biz xəbər verir ki, yarış Bakı şəhəri 36, 205 və 215 nömrəli tam orta məktəblərdə təşkil olunub. Bilik yarışına 5, 6, 7, 8 və 9-cu sinif şagirdləri cəlb olunub.
Yarışın təşkil olunmasının əsas məqsədi məktəblilərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və “Yay məktəbi”ndə şagirdlərin asudə vaxtlarının səmərəli təşkilidir.
Yarışın sonunda şagirdlərə sertifikatlar təqdim olunub.