Logo

Kolleclərə qəbul olmaq üçün 30 minədək abituriyent ərizəsini təsdiqlədib

28.06.2021 14:20 499 baxış
IMG

Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib.

 

Mərkəzdən bildirilib ki, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu iyunun 29-dək internet vasitəsilə aparılır. Bu gün saat 10:45-ə olan məlumata görə, 29531 abituriyent (Azərbaycan bölməsi – 28718; rus bölməsi – 813) ərizəsini təsdiqlədib.

 

Qeyd edək ki, abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının “ekabinet.dim.gov.az” səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər. Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək üçün tələb olunan məbləği “Şəxsi kabinet”dəki hesablarına əlavə edirlər. Həmin məbləğ ərizə təsdiq olunduqda müvafiq hesabdan çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən ona təqdim olunur.

Xəbər lenti