Logo

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ekspert qrupu beynəlxalq vebinarda iştirak edib

26.06.2021 17:49 417 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) ekspert qrupu Beynəlxalq Mili Məlumat Mərkəzinin (ENIC-NARIC) 6 ay davam edən təliminin yekun görüşündə iştirak edib. Görüşə Avropa Milli Məlumat mərkəzləri ilə yanaşı, Yeni Zelandiya və Kanada Milli Məlumat mərkəzləri də qoşulub.

 

TKTA-dan bildirilib ki, görüşdə MDB təhsil sənədləri müzakirə edilib, nümunələr əsasında ölkələr öz təcrübələrini bölüşüblər. Bu istiqamətdə Azərbaycanın Milli Məlumat Mərkəzi timsalında çıxış edən TKTA təmsilçisi görüş iştirakçıları ilə öz təcrübəsini paylaşıb. Paralel olaraq tanınma istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılaraq, avtomatik tanınmanın daha geniş tətbiqi müzakirə olunub.

 

“ENIC-NARIC” mərkəzlərinin fəaliyyəti haqqında müzakirələr əsasında agentliyin Avropanın digər tanınma mərkəzlərindən elektron ərizə sisteminin tətbiqi istiqamətində irəlidə olduğu qeyd edilib.

Xəbər lenti