Logo

2021-2022-ci tədris ili üzrə iş yerini 1448 müəllim dəyişib

22.06.2021 12:53 985 baxış
IMG

2021-2022-ci tədris ili üzrə keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə dair statistik məlumatlar açıqlanıb.

 

Bu barədə Tehsil.biz-ə Təhsil Nazirliyinin İnsan resursları Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, 2021-2022 tədris ili üzrə yerdəyişmə müsabiqəsində 1448 müəllim (1350 nəfər Azərbaycan bölməsi, 98 nəfər rus bölməsi) uğur qazanıb. 125 nəfərə şəhid və hərbçi ailəsinin üzvü olduğuna görə bal artımı əmsalı tətbiq edilib.

Xəbər lenti