Logo

“Sputnik V”nin yeniyetmələr üzərində sınaqlarına başlayırlar

22.06.2021 09:59 815 baxış
IMG

Rusiyanın koronavirusa qarşı vaksini “Sputnik V”nin 12-17 yaşlı yeniyetmələr üzərində klinik sınaqları başlayır.

 

Bunu Moskva merinin Sosial İnkişaf üzrə müavini Anastasiya Rakova açıqlayıb.

 

Tədqiqat bu ilin iyul ayının əvvəlində Qamaleya Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin mütəxəssisləri tərəfindən aparılacaq və hazırda könüllülər işə cəlb olunur.

 

Bildirilir ki, 18 yaşdan yuxarı şəxslər üçün testlər artıq sınanmış texnologiya əsasında 3 mərhələli aparılacaq.

 

Oxu.az

Xəbər lenti