Logo

Yeniyetmə idmançılardan Avropa çempionatında yüksək nəticə

22.06.2021 09:23 543 baxış
IMG

Bolqarıstanın Samokov şəhərində keçirilmiş yeniyetmələrin sərbəst və Yunan-Roma güləşi üzrə Avropa çempionatında yığma komandanın  tərkibində Təhsil Nazirliyinin tabeliyindəki uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri uğurla çıxış ediblər.

 

Tehsil.biz xəbər verir ki, Yunan-Roma güləşi üzrə keçirilən yarışlarda birinci yerə çıxan yığma komandamızın tərkibində “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Fərid Xəlilov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

 

Sərbəst güləş idman növü üzrə “Təhsil”  Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirmələri Musa Verdiyev, Cavid Cavadov və Əbdülrəhman İbrahimov Avropa çempionatının gümüş, Abşeron Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Zenfira Həşimova isə yeniyetmə qızlar arasında Avropa çempionatının bürünc medalına layiq görülüb.

Xəbər lenti