Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Süni İntellekt Mühəndisliyi” masgistratura proqramı tədris ediləcək. Tədris proqramı müvafiq modellərin və metodların istifadə edilməsi ilə ölkəmizdə süni intellekt ilə əlaqəli sahələrin inkişafına olan ehtiyacın ödənilməsinə təhsil və təlim dəstəyi verməyi nəzərdə tutur.
İki illik qabaqcıl “Süni İntellek Mühəndisliyi” magistratura proqramı həm tədqiqat və həm də müvafiq sənaye sahələri üçün nəzərdə tutulub. Beləliklə, tədris proqramı tələbələrin elmi araşdırma yürütmələri üçün geniş imkanlar təqdim etməklə yanaşı, onların müasir iş yerlərində süni intellekt ilə bağlı tələb olunan bilik və bacarıqlara yiyələnmələrinə də adekvat dəstək vermək üçün tərtib olunub. Proqramın məzunları gələcək nəsil intellektual sistemlərin qurulmasına öz töhfəsini verəcək süni intellekt mütəxəssisləri, uğurlu süni intellekt əsaslı layihələrin komanda liderləri, yaxud insan və süni intellekt arasındakı qarşılıqlı əlaqələr üzərində işləyən süni intellekt dizeynerləri olacaqlar.
Proqramı uğurla bitirən məzunlar:
Tədris proqramına qəbul Dövlət İmtahan Mərkəzinin tənzimləmələrinə əsasən həyata keçirilir. Əlavə məlumat üçün http://asoiu.edu.az; http://mba.edu.az/ saytını ziyarət edin.