Logo

Vaksinasiya prosesinə qoşulan paytaxt təhsil işçilərinin sayı açıqlanıb

21.06.2021 13:16 429 baxış
IMG

Paytaxtda təhsil işçilərinin 24 978 nəfəri vaksinasiya prosesinə qoşulub.

 

Bu barədə Tehsil.biz-ə BŞTİ-dən məlumat verilib.

 

Bildirilib ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir.

 

Bu məqsədlə Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsi fəaliyyət göstərir.

 

Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesində iştirak edib.  

Xəbər lenti