Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 8-i qızıl, 26-sı gümüş, 26-sı bürünc medal əldə edib.
Tehsil.biz xəbər verir ki, respublika Fənn Olimpiadalarında ümumilikdə, 60 məktəbli uğur qazanıb.
Həmçinin, məntiq Olimpiadasında 26 paytaxt məktəblisi qalib olub.
Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 26 paytaxt məktəblisi qalib olub. Belə ki, 4 nəfər I, 9 nəfər II, 13 nəfər isə III yerin sahibi olub.