Logo

Məktəb binası çökdü: Ölənlər var

20.06.2021 10:46 858 baxış
IMG

Belçikanın Antverpen şəhərində tikintisi aparılan orta məktəb binası qismən çöküb.

 

Tehsil.biz xəbər verir ki, dağıntılar altında qalan 3 nəfər həyatını itirib. Cəsədləri tapılanlardan biri Rumıniya, digər 2 nəfər isə Portuqaliya vətəndaşıdır.

 

Daha 4 insanın dağıntılar altında qaldığı ehtimal edilir.

 

Hadisə zamanı 9 nəfər yaralanıb.

 

Qeyd edək ki, binanın hansı səbəbdən çökməsi ilə bağlı dəqiq məlumat verilməyib.

Xəbər lenti