Logo

ATU-da farmakologiya fənni üzrə vebinar keçirilib

19.06.2021 17:50 411 baxış
IMG

Azərbaycan Tibb Universitetində (ATU) “Rezidenturaya birlikdə hazırlaşaq" layihəsi çərçivəsində növbəti vebinar keçirilib.

 

Tehsil.biz xəbər verir ki, farmakologiya fənni üzrə təşkil olunan vebinara qeydiyyatdan keçmiş 150-ə yaxın tələbə və məzun qoşulub.

 

Vebinarda ATU-nun farmakologiya kafedrasının dosenti Svetlana Babayeva çıxış edərək tələbələri maraqlandıran sualları cavablandırıb.

 

Zoom platforması üzərindən baş tutan onlayn görüş ATU-nun Tələbə Gənclər Təşkilatının feysbuk səhifəsində canlı yayımlanıb. Bununla da 3 saata yaxın davam edən vebinarın daha geniş auditoriya tərəfindən izlənilməsinə imkan yaradılıb.

 

Qeyd edək ki, Rezidenturaya birlikdə hazırlaşaq" layihəsi ATU, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və ATU-nun Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilir. Məqsəd rezidenturaya hazırlaşan gənclərə yardım etmək, onların daha çox bilik əldə etməsinə dəstəkləməkdir.

 

Farmakologiya fənni üzrə onlayn görüşü təkrar izləmək üçün aşağıdakı keçidi istifadə edə bilərsiniz: https://fb.watch/6c0Mzi0CLw/

Xəbər lenti