Logo

Azərbaycan Dillər Universitetində əlavə təhsilə sənəd qəbulu aparılır

19.06.2021 11:28 376 baxış
IMG

2021/2022-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidənhazırlanması təhsilinə Azərbaycan Dillər Universitetində mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə iyunun 1-dən tələbə qəbulu elan edilib.


Universitetdən  bildirilib ki, sənədlər avqust ayının 10-na kimi (istirahət günlərindən başqa) saat 10:00-15:00-dək qəbul ediləcək.


Tələb olunan sənədlər:


- rektorun adına ərizə;


- diplom (yaxud diplomu əvəz edən arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;


- şəxsiyyət vəsiqəsinin surəti;


- 3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;


- sağlamlıq haqqında arayış.


Sənədləri təqdim etmək üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.

 

 

Xəbər lenti