Logo

DİM imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün onlayn apellyasiya təşkil edəcək

19.06.2021 10:08 448 baxış
IMG

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə iyunun 16-17-də keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 22-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya təşkil ediləcək.


Mərkəzdən  bildirilib ki, Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər iyunun 19-21-də DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur.


Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı onun valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

 

 

Xəbər lenti