Logo

BDU-da imtahan sessiyasının ikinci həftəsi yekunlaşıb

19.06.2021 09:55 374 baxış
IMG

İyunun 7-dən etibarən Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb. Sessiya 02 iyul 2021-ci il tarixinə qədər gün ərzində 2 növbədə onlayn (məsafədən) davam edəcək.


Bu gün 312 qrup üzrə 6444 tələbə imtahan verib. Magistratura səviyyəsində 76 ixtisaslaşmada 68 fənn üzrə 249 nəfər imtahan verib. BDU-nun Qazax filialında isə 396 tələbə imtahanlarda iştirak edib.
İmtahanları BDU rəhbərliyi, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri müşahidə edir.


Qeyd edək ki, İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir.

Xəbər lenti