Logo

AzTU-da “Tələbə Elmi Cəmiyyəti”-nə yeni sədr təyin olunub

18.06.2021 20:30 947 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Elmi Cəmiyyətinin (TEC) sərdi vəzifəsini icra etmək məqsədilə "Energetika və avtomatika" fakültəsinin nəznində fəaliyyət göstərən “Mühəndis fizikası və elektronika” kafedrasının assistenti Qadir Arzu oğlu Qafarova həvalə edilmişdir.

 

Qeyd edək ki, Qadir Arzu oğlu Qafarov 2014-cu ildə Azərbaycan Texniki Universiteti “Biotibbi texnologiyalar mühəndisliyi” ixtisasına qəbul olmuşdur. Bakalavr təhsili tamaladıqdan sonra 2018-ci ilə magistratura səviyyəsinə daxil olmur və 2020-ci ildə magistratura təhsilini fərqlənmə ilə bitirərək magistr elmi-ixtisas dərəcəsinə yiyələnmişdir. İstər bakalavriatura, istərsə də magistratura səviyyəsində təhsil alarkən Qadir Arzu oğlu Qafarov elmi-tədqiqat məsələlərinə xüsusi həvəs göstərmiş və mütəmadi olaraq gənc tədqiqatçılara dair olan konfranslarda məruzə ilə çıxışlar etmişdir. TEC sədri vəzifəsini icra edən Qadir Arzu oğlu Qafarov 41 elmi və tədris-metodik əsərin, o cümlədən, 1 metodik vəsaitin, 1 fənn proqramının, 5 modul vəsaitin, 3 həvəskar oxucu kütlələri üçün vəsaitin müəllifidir.

 

Bunlardan 31-i isə beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşmiş nüfuzlu jurnallar və toplularda çap olunmuşdur.

 

Eyni zamanda Qadir Arzu oğlu Qafarov peşə təhsilində peşə ixtisas fənlərinin tədrisinə keyfiyyətinə təsir edən amilləri, tədris prosesində müxtəlif müasir təlim strategiyalarının tətbiqi və səmərəliliyini araşdıran bir necə nəzəri-praktiki araşdırmalar aparmışdır. Aparılmış araşdırmalarının əsas məqsədi peşə ixtisas fənlərin tədrisinə və ixtisas biliklərinin formalaşmasına istiqamət verən amillərin müəyyən edilməsi və əldə olunan nəticələr əsasında yeni təlim üsullarının ixtisas fənlərinin tədrisində tətbiqini tapmasıdır.

Xəbər lenti