Logo

Azərbaycan Texniki Universitetinin alimləri patent alıblar - FOTO

18.06.2021 15:04 802 baxış
IMG

Azərbaycan Texniki Universitetinin Mühəndis fizikası və Elektronika kafedrasının alimləri nanokompozitlər istiqamətində apardıqları fundamental tədqiqat işlərinin nəticələri və elmi təklifləri əsasında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən “Nanokompozitlərin alınması üçün polimer kompozisiya” üçün PATENT əldə ediblər.

  

AzTU-dan Tehsil.biz-ə bildirilib ki, ixtira yüksək təzyiqli polietilen əsasında alınmış nanokompozitlərə aiddir. Nanokompozitlərin alınması üçün  polimer kompozisiya tərkibində yüksək təzyiqli polietilen, fatal anhidridi və 50 nm ölçülü ortofenilendiamin nanohissəcikləri saxlayır.

 

İxtira elektrotexnika sahəsinə yeni materiallar əsasında elementlərin əldə olunması məqsədilə istifadə oluna bilər (kondersatorların və kabel texnikasında).

 

Xəbər lenti