Logo

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

18.06.2021 13:29 634 baxış
IMG

2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən cari ilin abituriyentləri qabiliyyət imtahanlarında iştirak etmək üçün 18-29 iyun tarixlərində qeydiyyatdan keçməlidirlər.

 

Qabiliyyət imtahanlarına yazılmaq üçün qeydiyyat linki :

 

https://eservices.dim.gov.az/qabiliyyet

 

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər istənilən sayda komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

 

Kinooperator ixtisasına qəbul üçün qabiliyyət imtahanları keçirilməyəcək. Bu ixtisasa qəbul olmaq istəyən abituriyentlər müsabiqəyə qəbul (buraxılış) imtahanında topladıqları bal əsasında qatılacaqlar.

 

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu barədə ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayından əldə edə bilərsiniz.

 

Müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.

 

Qeydlər:

 

1. 9-cu sinif bazası üzrə əvvəlki illərin məzunları üçün kolleclərə qəbul imtahanı verənlər üçün onların imtahanları keçirildikdən və nəticələri məlum olduqdan sonra qabiliyyət imtahanlarına əlavə qeydiyyat tarixləri elan olunacaq.

 

2. 16,17 iyun tarixlərində buraxılış imtahanları vermiş abituriyentlərin imtahan nəticələri elan olunduqdan sonra qabiliyyət imtahanları komissiyaları üzrə qeydiyyatdan keçə biləcəklər.

 

3. Elektron ərizəsi olmayan abituriyentlər əvvəlcə ümumi qaydada 9 illik orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul olmaq üçün “Abituriyentin elektron ərizəsi”ni təsdiq edib, daha sonra qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçə bilərlər.

 

4. Ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtini ödəyən abituriyentlər də qeydiyyatdan keçib qabiliyyət imtahanlarına yazıla bilərlər.

Xəbər lenti