Logo

AzTU-nun məzunu, şəhid Elçin Bağırovun doğum günüdür

17.06.2021 23:50 635 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, şəhid Elçin Bağırov 1994-cü ilin bu günü anadan olub.

 

Tehsil.biz-in məlumatına görə, ailənin yeganə övladı olan Elçin AzTU-da təhsilini bitirib, Naxçıvanda N saylı hərbi hissənin artilleriya diviziyasında həqiqi hərbi xidmətini yerinə yetirib.

 

44 gün davam etmiş Vətən müharibəsində könüllü iştirak edən Elçinin xidmət etdiyi minaatan taburu böyük qəhrəmanlıqlar göstərib.

 

O, müharibənin ən ağır günlərində belə evə zəng etməyi unutmayıb. Oktyabrın 21-də evə sonuncu dəfə zəng edib. Bir neçə gün sonra isə şəhidlik zirvəsinə ucalıb.

 

Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Allah bütün şəhidlərimiziə rəhmət eləsin!

 

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Xəbər lenti