Logo

Peşə təhsili alan tələbələr üçün keçirilən təlimlər yekunlaşıb

17.06.2021 20:02 396 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin (BDPTM) birgə əməkdaşlığı çərçivəsində peşə təhsili alan tələbələr üçün keçirilən təlimlər yekunlaşıb.

 

Tehsil.biz xəbər verir ki, təlimlərdə Sənaye və İnnovasiyalar üzrə BDPTM-nin kompüter sistemlərində proqram təminatı, nəqliyyat vasitələrinin texniki istismarı ixtisası üzrə təhsil alan tələbələri iştirak edib. 12 aprel-4 may tarixlərində keçirilən təlimləri AzTU-nun Kompüter sistemləri və kibertəhlükəsizlik kafedrası ilə Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının əməkdaşları keçib.

 

Təlimlərin bağlanış tədbirində çıxış edən AzTU-nun Tədris işləri üzrə prorektoru, professor Nurəli Yusifbəyli təlimçilərə və kursda müvəffəqiyyət qazanan tələbələrə təbriklərini çatdırıb. Belə təlimlərin subbakalabriatların ali təhsilə yönləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd olunub ki, ali və orta ixtisas təhsili müəssisələrinin əməkdaşlıq etməsi, universitet məzunlarının peşə təhsil müəssisələrinin pedaqoji fəaliyyət göstərməsi təqdirəlayiqdir.

 

Sənaye və İnnovasiyalar üzrə BDPTM-nin direktoru İdris Musayev əməkdaşlığa görə AzTU rəhbərliyinə təşəkkür edib. O, belə təlimlərin subbakalavriatlar üçün əhəmiyyətindən danışıb.

 

Tədbirdə  AzTU-nun Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının müdiri, professor Vaqif Qasımov, kafedranın assistenti Anar İsmayilov, baş müəllimlər- Şəhla Əliyeva,  Kəmalə Əliyeva, həmçinin Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının baş müəllimi Qurban Qocayev və dosent Azad Babayev təşəkkürnamə ilə təltif olunub.

 

Təlimlərdə fərqlənən BDPTM-nin bir qrup tələbəsinə isə sertifikat təqdim olunub.

Xəbər lenti