Logo

“Məktəblinin dostu” çərçivəsində "Dostluq görüşü" layihəsi davam edir

17.06.2021 16:17 536 baxış
IMG

Növbəti görüş Bakı şəhəri 14 nömrəli və Zəngilan rayon 33 nömrəli tam orta məktəbləri arasında keçirilib. 

 

Tehsil.biz xəbər verir ki, tədbir “Məktəblinin dostu” layihəsi və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. 

 

Görüşdə Zəngilan rayon Təhsil İdarəsinin  kollektivi, Bakı şəhəri 14 nömrəli və Zəngilan rayon 33 nömrəli tam orta məktəblərin müəllim-şagird heyəti, Aqrar İnnovasiya Mərkəzinin rəhbəri Əkbər Abbasov iştirak edib. Məktəblilərə “Ağıllı kənd” layihəsi haqqında geniş məlumat verilib. Eyni zamanda bu layihənin tətbiqinin işğaldan azad edilmiş torpaqlarımızın bərpası, inkişafı və quruculuq işlərinin aparılası istiqamətində müsbət faydalarından danışılıb. Tədbirin sonunda şagirdləri  maraqlandıran suallar Əkbər Abbasov tərəfindən cavablandırılıb.

Xəbər lenti