Logo

BŞTİ: "“Yay məktəbi”nə V-VIII sinif şagirdlərinin marağı daha çoxdur"

17.06.2021 10:13 444 baxış
IMG

“Yay məktəbi”nin uzadılması olmayacaq. Yenə də son qərarı Təhsil Nazirliyi qəbul edir”.

 

Tehsil.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

 

Onun sözlərinə görə, “Yay məktəbi”nin 16-30 iyun müddətində keçirilməsi nəzərdə tutulub. Müddətin uzadılması barədə hələ heç bir qərar yoxdur.

 

İdarə müdiri bildirib ki, “Yay məktəbi”nə əsasən V-VIII sinif şagirdlərinin marağı daha çoxdur.

Xəbər lenti