Logo

Tərcübələrini uğurla başa vuran BMU tələbələri sertifikatlarla təltif olunub

16.06.2021 14:17 458 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) 24 nəfərdən ibarət IV kurs tələbələri 2021-ci ilin fevral-may ayları ərzində Sumqayıt Texnologiyalar Parkının (STP) müxtəlif biznes vahidi və zavodlarında istehsalat təcrübəsində olublar.

 

Mexanika mühəndisliyi, Sənaye mühəndisliyi, Kimya mühəndisliyi, Ekologiya mühəndisliyi, Avtomatika və elektroenergetika, Maşın mühəndisliyi, Mexanika mühəndisliyi, Sənayenin təşkili və idarə olunması ixtisaslarının tələbələri STP Global Cable MMC, STP Aliminium və Mis Profilləri Zavodu ilə yanaşı, STP MMC-nin Sendviç Panellər Zavodu və Polimer Məmulatlar Zavodunda rəhbərlik tərəfindən təyin edilmiş 15 müxtəlif mentorun (təcrübə rəhbəri) nəzarəti altında təcrübə prosesini yekunlaşdırıb.

 

Təcrübələrini uğurla başa vuran tələbələr müəssisə rəhbərliyi tərəfindən sertifikatlarla təltif olunub.

Xəbər lenti