Logo

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibə davam edir

16.06.2021 11:30 466 baxış
IMG

Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin B növünə aid olan ümumilikdə 31 dövlət orqanında 438 vakant vəzifənin tutulması üçün mayın 3-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (281) tərəfindən təqdim olunub. Bu günə olan məlumata görə, müsahibədə iştirak edənlərdən 139 namizəd uğur qazanıb. Onlardan 43 nəfər Maliyyə Nazirliyində, 29 nəfər Kənd Təsərrüfatı Nazirliyində, 10 nəfər Bakı İnzibati Məhkəməsində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Xatırladaq ki, müsabiqənin müsahibə mərhələsində iştirak üçün 1561 nəfər müraciət edib. Müsahibələr iyulun 1-dək davam edəcək.

Xəbər lenti