Logo

İqtisadiyyat və Humanitar Kollecdə Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

15.06.2021 13:44 535 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Səhər Orucova xalqımızın taleyində böyük əhəmiyyət daşıyan bu əlamətdar tarix haqqında bəhs edərək, Azərbaycanı  məruz qaldığı təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsinin yeganə çıxış yolu olduğunu, bu qayıdışın xalqımızı fəlakətdən xilas etdiyini söyləyib. Səhər Orucova qeyd edib ki, dövlətimizin inkişafının əsasında dayanan Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bugün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

 

Tədbirdə çıxış edən Kollecin direktor müavini Gülnarə Həsənova, Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin Kütləvi işlərin təşkili şöbəsinin müdiri Kəmalə Muradlı, İçərişəhər Tarix-Memarlıq Qoruğunun əməkdaşı Vəfa Quliyeva Milli Qurtuluş Gününün önəmindən danışaraq, bu il əvvəlkilərdən fərqli olaraq, Qarabağımızın işğaldan azad olunan torpaqlarında, xüsusilə, Şuşada qeyd edildiyini nəzərə çatdırıblar.

 

Tədbir tələbələrin maraqlı çıxışları ilə davam edib.

Xəbər lenti