Logo

220 nömrəli tam orta məktəbdə "Son zəng" tədbiri keçirilib

14.06.2021 14:50 985 baxış
IMG

Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində təhsil nazirinin müavini Muxtar Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov əvvəlcə məzunları təbrik edib, onlara yeni həyat mərhələsində uğurlar arzulayıb. Muxtar Məmmədov gənc nəsildə təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılmasının ən ümdə məsələlərdən olduğunu bildirib. Nazir müavini pandemiya şəraitində təhsilin əlçatanlığı üçün atılan addımlara da toxunub.  

 

Çıxış edən digər qonaqlar da məzunlara xoş arzularını çatdırıblar.

 

Tədbir şagirdlərin ifasında “Zəfər” kompozisiyası ilə yekunlaşıb.

Xəbər lenti