Logo

Beyləqan rayonu Dünyamalılar kənd 1 nömrəli tam orta məktəbdə də “Son zəng” tədbiri keçirilib

14.06.2021 14:46 1130 baxış
IMG

Beyləqan rayonu Dünyamalılar kənd 1 nömrəli tam orta məktəbdə də “Son zəng” tədbiri keçirilib.

 

Tədbirdə təhsil nazirinin müavini İdris İsayev, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Suliddin Əsgərov, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev pandemiya dövründə tədrisin təşkilindən, təhsilə olan dövlət qayğısından danışıb. 2020-2021-ci tədris ilinin yadda qalan məqamlarını diqqətə çatdıran İdris İsayev çıxışının sonunda “Son zəng” münasibətilə məzunları təbrik edib, onlara uğurlar arzulayıb.

 

Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Suliddin Əsgərov çıxış edərək rayon üzrə təhsilin inkişafına dair ümumi məlumat verib, məzunları təbrik edib.

 

Mərasim şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Xəbər lenti