Logo

Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksinin şagirdləri üçün imtahanlar keçirilib

14.06.2021 11:48 389 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən 12-13 iyun 2021-ci il tarixlərində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin V-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə imtahanlar keçirilib.

 

İmtahanlar Biləsuvar şəhərində kompleksin inzibati binasında təşkil olunub. İmtahanlarda ümumilikdə 413 şagird iştirak edib.

 

İmtahanlar cədvəldə qeyd olunan siniflər və fənlər üzrə Azərbaycan dilində aparılıb.

 

Növbəti imtahanın noyabr ayı ərzində həyata keçirilməsi nəzərdə tutulur.

 

Xatırladaq ki, DİM-lə Kompleks arasında əldə edilmiş razılığa əsasən, Mərkəz tərəfindən 2021-ci il ərzində məktəbin V-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə imtahanlar keçiriləcək.

Xəbər lenti