Logo

BŞTİ müdiri: "Son zəng"in qaydalara uyğun keçirilməsinə məktəb rəhbərliyi cavabdehdir"

14.06.2021 10:21 484 baxış
IMG

"Son zəng" tədbirlərinin mövcud qaydalara uyğun keçirilməsi üçün məktəblərə əvvəlcədən təlimatlar göndərilib.

 

"Report" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəhbəri Mehriban Vəliyeva deyib.

 

Onun sözlərinə görə, İdarənin bütün əməkdaşları məktəblərə nəzarət etmək üçün təhkim olunublar:

 

"Eyni zamanda bu tədbirlərin qaydalara uyğun keçirilməsi üçün məktəb rəhbərliyi cavabdehdir. Yerli polis orqanları və "Məktəblinin dostu" da qaydalara riayət olunmasına dəstəkdirlər”.

Xəbər lenti