Logo

Bu gün məktəblərdə “Son zəng” çalınır

14.06.2021 09:06 584 baxış
IMG

Bu gün ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur. 


2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 069 nəfər şagird bitirir. Onlardan 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.


2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub.


2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır. 

Xəbər lenti