Logo

“Məktəblinin dostu” layihəsi çərçivəsində maraqlı layihə həyata keçirilib

12.06.2021 12:49 563 baxış
IMG

“Məktəblinin dostu” layihəsi çərçivəsində maraqlı layihə həyata keçirilib. Belə ki, layihənin əhatəsində olan məktəblərlə Lənkəran məktəbləri arasında dostluq görüşünə start verilib.

 

Tehsil.biz xəbər verir ki, ilk dostluq görüşü Bakı şəhəri 21  nömrəli və Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbləri arasında keçirilib.

 

Görüş “Məktəblinin dostu” layihəsi, Azərbaycan Respublikası DİN Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Görüşdə Lənkəran şəhər Təhsil İdarəsinin kollektivi, Bakı şəhəri 21  nömrəli və Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəblərin müəllim-şagird heyəti, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Pərvanə Muradova və 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin üzvləri iştirak edib.

 

Təşkil olunan görüşdə məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda təlim keçirilib. Tədbirdə şagirdlərə mövzu ilə bağlı geniş məlumatlar verilib, məktəbliləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

Xəbər lenti